Konfrans Liqası: “Qarabağ” Kiprdə AEL-lə heç-heçə edib - YENİLƏNİB + VİDEO

Konfrans Liqası: “Qarabağ” Kiprdə AEL-lə heç-heçə edib - YENİLƏNİB + VİDEO

"Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Ağdam təmsilçisi Kiprdə AEL-in qonağı olub.

Matç 1:1 hesabı ilə bitib.

22:58

Abdulla Zubir 90+3-cü dəqiqədə hesabı bərabərləşdirir 1:1.

22:31

Matçın 69-cu dəqiqəsində meydan sahibləri hesabı açır. 

Stefan Scepoviç penaltidən fərqlənir - 1:0.

21:54

AEL (Kipr) – “Qarabağ” matçının birinci hissəsi başa çatıb. Komandalar fasiləyə yollanıb. 

Oyunda hesab açılmayıb - 0:0

21:17

Matç başladı.

11:04

“Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionunun III təsnifat mərhələsindəki rəqibi Kiprin altıqat çempionu, yeddi dəfə Kubokun qalibi AEL-dir.

Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olacaq. AEL Limassol şəhərini təmsil etsə də, görüş Larnaka şəhərində keçiriləcək.

Xatırladaq ki, bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin qalibi ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası

III təsnifat mərhələsi (ilk oyun)

5 avqust

21:00 AEL (Kipr) – “Qarabağ”

Hakimlər: Qlenn Niberq, Mahbod Beiqi, Andreas Söderkvist, Boyan Panciç (hamısı İsveç)

Larnaka. “AEK Arena”

Mənbə: offsideplus.az