Qurban Qurbanov: "Bakıda mərhələni keçməyə çalışacağıq"

Qurban Qurbanov: "Bakıda mərhələni keçməyə çalışacağıq"

"Səfər qolu əvvəl üstünlük idi. Amma indi elə deyil. Bərabərlik pis nəticə deyil".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

"Biz Bakıdakı oyunda mərhələni keçməyi düşünəcəyik. Qol vurmaq və qol buraxmamaq barədə fikirləşirik".

Mənbə: report.az