"Mançester Yunayted" İngiltərə millisinin hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Mançester Yunayted" İngiltərə millisinin hücumçusu ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Markus Raşfordla müqavilənin müddətini uzadıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 22 yaşlı hücumçu 2023-cü ilin yayına kimi "qırmızı şeytanlar"ın şərəfini qoruyacaq. "Mançester Yunayted" bu müddət ərzində oyunçu ilə müqaviləni daha bir il uzada bilər.

Qeyd edək ki, İngiltərə millisinin də formasını geyinən Markus Raşford 2015-ci ildən klubun əsas komandasında çıxış edir.

Mənbə: report.az