Konfrans Liqasında qrup mərhələsi başlayıb, Ermənistan klubu darmadağın olub

Konfrans Liqasında qrup mərhələsi başlayıb, Ermənistan klubu darmadağın olub

UEFA Konfrans Liqasında qrup mərhələsinin matçlarına start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Hər iki görüş İsraildə keçirilib.

A qrupunda Təl-Əviv "Makkabi"si Ermənistanın "Alaşkert" klubunu darmadağın edib - 4:1. Meydan sahiblərinin heyətində 13-cü dəqiqədə Stipe Peritsa, 32-ci dəqiqədə Qabi Kanixovski, 45+3-cü dəqiqədə Dani Biton və 72-ci dəqiqədə Matan Hozez fərqləniblər. Qonaqların yeganə qolunu isə 17-ci dəqiqədə Joze Embalo vurub.

Turnirin pley-off mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Hayfa "Makkabi"si isə Niderlandın "Feyenoord" komandası isə qolsuz heç-heçə edib.

Qeyd edək ki, Konfrans Liqasında I turun digər oyunları sentyabrın 16-da keçiriləcək. H qrupunda mübarizə aparan "Qarabağ" ilk görüşündə İsveçrə "Bazel"i ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də start götürəcək.

Mənbə: report.az