İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri iki oyunluq cəzalandırılıb.
Qol.az xəbər verir ki, bu barədə İtaliya A seriyasının rəsmi saytı məlumat yayıb.
62 yaşlı məşqçi A seriyasının 3-cü turunda “Milan”a 0:2 hesabıyla uduzduqları oyundan sonrakı davranışlarına görə belə cəzaya məruz qalıb. O, həmin oyundan sonra rəqib futbolçularla münaqişəyə girişdiyi üçün qırmızı vərəqə almışdı.
Beləliklə, Sarri A seriyasında “Kalyari” və “Torino”ya qarşı keçirəcəkləri oyunlarda texniki zonada yer ala bilməyəcək.
Mənbə: qol.az