"İnter" onunla müqaviləni yeniləyir

"İnter" onunla müqaviləni yeniləyir

"İnter" futbolçusu Lautaro Martineslə müqavilənin müddətini uzatmağa yaxındır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq yeni müqavilənin şərtləri barədə razılığa gəliblər. Danışıqların son mərhələdə olduğu vurğulanıb.

Yeni müqaviləyə əsasən, argentinalı forvardın indikindən daha çox maaş alacağı da bildirilir.

Qeyd edək ki, Martines 2018-ci ildən "İnter"də oynayır.

Mənbə: qol.az