Azərbaycanın və Çilinin Paralimpiya komitələri əməkdaşlığa başlaya bilər

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) baş katibi Kamal Məmmədov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Coloma ilə görüşüb.

AMPK-dan AZƏRTAC-a bildiriblər ki, F.Coloma Azərbaycan komandasının “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları zamanı əldə etdiyi yüksək nailiyyətlərlə bağlı komitənin baş katibi Kamal Məmmədovu təbrik edib, ölkədə Paralimpiya Hərəkatının yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

F.Coloma ölkəsinin də Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, AMPK ilə Çili Paralimpiya Komitəsi arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib. O, idman sahəsində müxtəlif proqramlar çərçivəsində birgə əməkdaşlığı dəstəklədiyini vurğulayıb.

Daha sonra tərəflər gələcək əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Tanınmış aktrisa gəmidə bikinili görüntülərini paylaşdı - FOTO

SONRAKI XƏBƏR

Azərbaycanda yeni nəsil onlayn kassalar üzrə dövriyyə 2 dəfədən çox artıb