“Qalatasaray” avtoqolla qalib gəldi

“Qalatasaray” avtoqolla qalib gəldi

Türkiyənin "Qalatasaray" klubu avrokuboklarda növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İstanbul təmsilçisi Avropa Liqasında qrup mərhələsinə start verib.

E qrupunda yer alan Fatih Terimin yetirmələri evdə İtaliya "Latsio"su ilə qarşılaşıb. Matçın taleyini avtoqol həll edib.

Qonaqların futbolçusu Tomas Strakoşa 67-ci dəqiqədə topu öz qapısından keçirib. Bu, "Qalatasaray"a 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, qrupun I turdakı digər matçında Rusiya "Lokomotiv"i Fransa təmsilçisi "Marsel"lə görüşüb. Bu oyunda qollu heç-heçə qeydə alınıb - 1:1.

 

Mənbə: news.milli.az