Şevçenko Türkiyə millisini çalışdıra bilər

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Türkiyə yığmasını çalışdıra bilər.

Qol.az "Kicker"ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis "ay-ulduzlular" üçün əsas namizədlərdən biridir. Şevçenko Ukrayna mətbuatına açıqlamasında Türkiyə Futbol Federasiyası ilə razılığa gəlməsi haqqında danışmağın tez olduğunu bildirib.

Xatırladaq ki, 5 il Ukrayan millisini çalışdıran Şevçenko bu yay yığmadan ayrılıb.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Fahriye oğlu üçün 15 dayə dəyişdi - VİDEO

SONRAKI XƏBƏR

İtaliya bütün işçilər üçün vaksin sertifikatını məcburi edən ilk Avropa ölkəsi oldu