Konfrans Liqası: “Tottenhem” 1 xalla, “Roma” darmadağınla başladı

Konfrans Liqası: “Tottenhem” 1 xalla, “Roma” darmadağınla başladı

Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub. Sport24.az xəbər verir ki, 8 qrup üzrə ümumilikdə 14 oyun keçirilib.

Günün ilk oyunu Azərbaycan təmsilçisi “Qarabağ”ın yer aldığı H qrupunda olub. Qazaxıstan “Kayrat”ı Kiprin “Omoniya” komandasını qəbul edib. Ağdam klubu isə Bakı Olimpiya Stadionunda İsveçrə “Bazel”i ilə üz-üzə gəlib. Bu iki oyunda qapılara qol vurulmayıb.

Nəhənglərdən “Tottenhem” (İngiltərə) Fransada “Renn”lə oyundan məhsuldar heç-heçə ilə ayrılıb. “Roma” İtaliyada Sofiya ÇSKA-sına divan tutub.

A və E qruplarında ilk oyunlar sentyabrın 14-də keçirilib. İsrailin “Makkabi” (Təl-Əviv) klubu evdə Ermənistan “Alaşkert”ini darmadağın edib – 4:1. Hayfa “Makkabi”si isə Niderland “Feyenoord”u ilə heç-heçə edib – 0:0.

Mənbə: www.realtv.az