Əliyar Ağayevdan 4 sarı vərəqə - Avroliqa

Əliyar Ağayevdan 4 sarı vərəqə - Avroliqa

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçirilən “Midtyulland” (Danimarka) - “Lüdoqorets” (Bolqarıstan) oyununu idarə edib.

Qol.az xəbər verir ki, Herninq şəhərində oynanılan matç 1:1 hesabı ilə başa çatıb. Ağayev oyun ərzində Bolqarıstan təmsilçisinin 3, Danimarka klubunun isə 1 futbolçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmrəli olub.

Mənbə: qol.az