"İbrahimoviç özünü komandanın əsas futbolçusu hiss etmədiyi vaxt..."

"İbrahimoviç özünü komandanın əsas futbolçusu hiss etmədiyi vaxt..."

"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin agenti Mino Rayola futbolçunun gələcək karyerası üçün planlarından danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, 39 yaşlı oyunçunun karyerasını başa vurmaq fikrində olmadığını deyib:

"Gəlin görək, Zlatan iyun ayında nə etmək istəyir. O, hər il tələsmədən qərar verir.

Əlbəttə ki, özünü komandada əsas oyunçu kimi hiss etmədiyi gün İbra karyerasını başa vuracaq və klubun direktoru olaraq yeni bir fəsil başlayacaq".

Xatırladaq ki, Zlatan İbrahimoviçin "Milan"la müqaviləsi 2022 -ci ilin yayına qədər qüvvədədir.

Mənbə: qol.az