"Qalatasaray" qadın futbol komandası yaratdı

"Qalatasaray" qadın futbol komandası yaratdı

Türkiyənin "Qalatasaray" klubu qadın futbol komandası yaradıb.

Qol.az xəbər verir ki, yeni komandanın təqdimatı Qalatasaray Liseyində olub. Tədbirdə İstanbul təmsilçisinin prezidenti Burak Elmas da iştirak edib.

Qeyd edək ki, Türkiyənin 3 böyül klubundan yalnız "Beşiktaş"ın qadın futbol komandası var idi. Ötən ay "Fənərbaxça" da qadınlardan ibarət komanda yaradıb.

Mənbə: qol.az