Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i darmadağın edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

"Report"un məlumatına görə, turun açılış matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası "Səbai"i qəbul edib. Qarşılaşma əyayət təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın heyətində 65-ci dəqiqədə Rövlan Muradov hesabı açıb. 83-cü dəqiqədə Ülvi İsgəndərov fərqi iki topa çatdırıb.

85-ci dəqiqə "Səbail"in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 89-cu dəqiqədə Ehtiram Şahverdiyev baxımlı qola imza atıb. 90+1-ci dəqiqədə Rafael Utriq topu rəqib qapıdan keçirib. 90+4-ci dəqiqə İsnik Alimi matçda son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 10-a çatdıran "Qəbələ" birinci pilləyə yüksəlib. "Səbail" isə hələlik 6 xalla üçüncüdür.

Qeyd edək ki, günün digər oyununda "Zirə" "Sabah"ı qəbul edəcək. Sentyabrın 19-da "Neftçi" "Keşlə" ilə qarşılaşacaq. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

SONRAKI XƏBƏR

Türkiyə: AB üzvlərinin bu bəyanatı qərəzlidir