Nuriyevin komandasından səfər qələbəsi

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi "Kolos" səfərdə "İnhulets"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, "Kolos" 8 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Vuçiçlə görüşdü: Balkan müzakirəsi...

SONRAKI XƏBƏR

Dünyanın ən varlı ailələrinin siyahısı AÇIQLANDI