“Bavariya” “Alyans Arena”da rəqibə futbol dərsi keçdi - VİDEO

“Bavariya” “Alyans Arena”da rəqibə futbol dərsi keçdi - VİDEO

Münhenin “Bavariya” klubu doğma “Alyans Arena”da “Bohum” klubunun qapısından yeddi cavabsız qol keçirib.

“Bavariya”nın heyətində Yozua Kimmix, Leroya Sane, Serj Qnabri, Robert Levandovski, Erik Şupo-Motinq fərqlənib.

Qollardan birini isə “Bohum”un futbolçusu Konstantinos-Vassilios Lambropulos “Bavariya”ya “hədiyyə edib”.

Bu nəticədən sonra Münhenin “Bavariya” klubu futbol üzrə Almaniya çempionatında 13 xalla qrup lideridir.

Mənbə: www.oxu.az