Rəşad Sadıqov: "Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir"

Rəşad Sadıqov: "Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir"

"Futbolçularımı göstərikləri oyuna görə təbrik edirəm, alınlarından öpürəm. "Sabah"a Qol imkanı vermirdik. Rəqib hesabda geridə idi, böyük qüvvə ilə irəli atılmışdı. Bu da gözlənilən idi.

"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdiklər Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis oyuna nəzarət edən tərəf olduqlarını bildirib: "55-60-cı dəqiqəyə qədər oyun tam bizim nəzarətdə idi. Daha sonra ağıllı müdafiə olunduq, rəqibi əks-hücumlarda tuturduq. Amma 90 dəqiqə hücumda olmaq olmur. Ümumilikdə oyundan razı qaldm. Bu il keçirdiyimiz ən dinamik, sürətli oyun idi.

Sadıqov Təmkin Xəlilzadənin sarı vərəqə almasına da münasibət bildirib: "Hamımız bilirik ki, Təmkin emosional oyunçudur. İkinci sarı vərəqə almaması üçün dərhal emosiyasını boğmağa çalışdım.

Baş məşqçi çempionatdakı legionet limitinə də toxunub: "Limitə görə problem yaşamıram. Mən də limitin dəyişdirilməsinin tərəfdarıyam. Amma bunun üçün komanda sayı artırılmalıdır. Mən bunu ilin əvvəli Məşqçilər Komitəsinə təklif etmişəm. Kollektiv şəkildə müzakirə etmək lazımdır. "Neftçi", "Qarabağ" kimi komandalar təklif irəli sürürsə, bu, mütləq müzakirəyə çıxmalıdır. Çünki bu komandalar ölkə futbolunun yükünü çiynində daşıyır. Amma bu mövsümün əvvəlində olmalıdır. Çünki heyəti bu limitə görə qurmuşuq. Limitin ləğv olunmasının milliyə zərəri olduğunu düşünmürəm. Bu məsələni nəzərdən keçirmək olar".

Gənc mütəxəssis hakimlər haqqında danışmaq istəməyib: "Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir. Amma elə epizdlar olur ki, nəticəyə təsir edir. Bu gün 10-11 xalımız ola bilərdi. Künc zərbəsi zamanı oyunçu ilə toqquşma zamanı top Mehdinin əlində idi. Aydın görünür ki, rəqib onu itələyib. Məyus olmamaq mümkün deyil".

Mənbə: report.az