Bu gün Namiqin oyunu var

Bu gün Namiqin oyunu var

Millimizin hücumçusu Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" bu gün Türkiyə 1-ci liqasında növbəti matçına çıxacaq.

Qol.az xəbər verir ki, 6-cı turda komanda səfərdə "Tuzlaspor"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:30-da başlanacaq. Namiqin bu matçda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Bursa təmsilçisi 5 oyundan 4 xalla turnir cədvəlində 14-cü yeri tutur.

Digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası "Keciorengücü" isə 6-cı turda oyununu sabah keçirəcək. Onlar "Balıkesirspor"un qonağı olacaqlar.

Mənbə: qol.az