Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan "Atenas" komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Qol.az xəbər verir ki, 42 yaşlı mütəxəssisin köməkçiləri də vəzifələrindən azad olunublar.
Qeyd edək ki, "Atenas" Uruqvayın 2-ci liqasında çıxış edir. Hazırda komanda 12 oyundan 17 xalla 6-cı yeri tutur.
Xatırladaq ki, Forlan 2021-ci ilda "Atenas"ın baş məşqçisi təyin edilmişdi.
Mənbə: qol.az