"Zirə"nin haqqı yenə yeyildi - Video

"Zirə"nin haqqı yenə yeyildi - Video

“Zirə” – “Sabah” oyununda (1:1) hakim səhvi olub.

Qarşılaşmanın 83-cü dəqiqəsində hesabı bərabərləşdirən “Sabah” bu epizodda oyun qaydalarını pozub, lakin matçın baş hakimi İnqilab Məmmədov “qolu” qeydə alıb.

Emosional reaksiyaya görə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova da sarı vərəqə sanksiyası tətbiq edən baş hakim final fitini çalandan sonra, “Şükür Allaha!” - deyib.

“Qol” epizoduna gəlincə, Periçiç künc zərbəsindən başla topu qapıya göndərən zaman qapıçıya müdaxilə edib. Qapıçı Mehdi Cənnətov, demək olar ki, topa sahiblənən anda Periçiçin sağ əllə qapıçının sağ qoluna toxunuşu var. Oyun qaydalarına görə, qapıçı qapı meydançası daxilində olarkən ona hər hansı fiziki müdaxilə qəbulolunmazdır. Topa tam sahiblənmək üzrəykən rəqib oyunçunun müdaxiləsi qaydanı qeyd-şərtsiz pozub.

Maraqlıdır ki, bunadək iki dəfə - “Zirə” və “Sabah”ın oyunlarından sonra açıqlama verib, hakimin səhvini qabardan və “VAR olarsa, belə səhvlərin qarşısı alınar kimi” anons verən Hakimlər Komitəsinin sədri Frits Ştuxlik yenə anoloji çıxışı edəcəkmi?

Yaxud hakim səhvindən zərər görmüş “Zirə” klubu bu haqda rəsmi açıqlama, etiraz ünvanlayacaqmı? (futbolpress.az)

 

Mənbə: qol.az