Fransa Liqasında növbəti qalmaqal

Fransa Liqasında növbəti qalmaqal

Fransa Liqa-1-də dünən keçirilən "Lans" - "Lill" matçında (1:0) qalmaqal yaşanıb.

Qol.az xəbər verir ki, oyunun fasiləsi zamanı bir qrup "Lans"lı fanat meydana daxil olaraq qonaq azarkeşlərin olduğu tribunaya hücum edib. Buna "Lill" tərəfdarlarının qarşı tərəfin olduğu sektora yad əşyalar atması səbəb olub. Hadisəyə görə ikinci hissə yarım saat gec başlayıb.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi sayəsində hadisələrin daha da böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, 1 ay əvvəl "Nitsa" ilə "Marsel" arasındakı matçda da azarkeşlər arasında qalmaqal yaşanıb və görüş yarımçıq dayandırılıb.

Mənbə: qol.az