Avropa çempionatında çıxış edəcək Azərbaycan akrobatlarının adları açıqlanıb

Sentyabrın 29-da İtaliyanın Pezaro şəhərində keçiriləcək akrobatika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, beş gün davam edəcək yarışda 7 idmançı çıxış edəcək.

Raziyə Seyidli və Ağasif Rəhimov qarışıq cütlük proqramında çıxış edəcək. Qadın qrupunda Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə, kişi cütlüyü proqramında Daniel Abbasov və Murad Rəfiyev mübarizə aparacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Bilmirik. Bu virus bizi çox aldadıb...” ABŞ-IN BAŞ İNFEKSİONİSTİ PANDEMİYANIN NƏ VAXT BİTƏCƏYİNİ BİLMİR

SONRAKI XƏBƏR

Ölümündən bir neçə gün sonra cəsədi tapıldı