Bədii gimnastlarımız Monteneqroda 6 medal qazandı

Bədii gimnastlarımız Monteneqroda 6 medal qazandı

Bakı. Trend:

Monteneqroda keçirilmiş beynəlxalq turnirdə gimnastlarımız 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.

Trend-in məlumatına görə, Kamilla Seyidzadə komanda hesabına ən çox medal yazdıran gimnast olub. Belə ki, o, lentlə icra etdiyi proqrama görə fəxri kürsünün ilk pilləsində yer alıb.

Gürzlərlə çıxış edən Kamilla gümüş medala layıq görülüb, çoxnövçülük və halqa ilə proqramına görə istedadlı gimnastımız "bürünc" medal qazanıb.

Daha bir bürünc medalı isə o Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib. Alina öz növbəsində topla nümayiş etdirdiyi çıxışına görə bürünc medal qazanıb.

Yarışda iştirak edən təmsilçimiz Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirərək, 5-ci yerdə qərarlaşıb.

Mənbə: az.trend.az