Neymarla görüşəcək komandanın adı məlum oldu

Neymarla görüşəcək komandanın adı məlum oldu

Sentyabrın 19-da Neymar Jr's Five futbol turnirinin Milli Finalı keçirildi. Çempionluq uğrunda Milli Final Heydər Əliyev Mərkəzinin parkında baş tutdu.

İki ay davam edən seçimlərdən sonra 16 komanda "Red Bull Neymar Jr's Five" futbol turnirinin finalında iştirak etmək imkanı qazandı.

Olimpiya sistemiylə təşkil edilən Milli Final güclü rəqabət və güzəştsiz mübarizəilə yadda qaldı. Dörd saat davam edən Milli Finalın həlledici görüşündə "Şirinlər" və "Pentatrik" komandaları üz-üzəgəldi. Yekunda "Şirinlər" 4-0 hesabı ilə qələbə qazanaraq "Red Bull Neymar Jr's Five" futbol turnirinin Azərbaycan üzrə qalibi oldu.

Qeyd edək ki, bu "Şirinlər" komandasının "Red Bull Neymar Jr's Five" yarışında ikinci qələbəsidi. Milli Finalın qalibi olan "Şirinlər" komandası dekabrda dünya futbol ulduzu Neymarın iştirakı ilə Qətərdəkeçiriləcək Dünya Finalında Azərbaycanı təmsil edəcək.

Xatırladaq ki, "Red Bul Neymar Jr's Five" - dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən "beşin beşə" qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.

Ətraflı Məlumat: www.redbullneymarjrsfive.com

Layihənin tərəfdaşları: AR Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, AFFA

Media dəstəkçisi: Day.az,

Meydança - Sportster

 

 

Mənbə: news.milli.az