Argentina millisinin məşqçisi qarət olunub

Argentina millisinin məşqçisi qarət olunub

Hazırda Argentina milli komandasında məşqçi kimi çalışan İspaniya "Valensiya"sının sabiq futbolçusu Roberto Ayyala silahlı hücuma məruz qalıb.

"Report"un "Mundo Deportivo"ya istinadən məlumatına görə, hadisə Buenos-Ayres əyalətində baş verib. Ayyala sükan arxasında hərəkətdə olduğu vaxt naməlum şəxslərdən biri nəqliyyat vasitəsinə daş atıb. Nəticədə keçmiş müdafiəçi əyləci basmalı olub.

Bundan sonra avtomobilə doğru qaçan 3 silahlı Ayyaladan 5 600 avro pul və mobil telefonunu alıb. Köməyə yaxınlıqdan keçən sürücü gələrək, polis çağırıb.

Qeyd edək ki, Roberto Ayyala 2000 - 2007-ci illərdə "Valensiya"da 200-dən çox oyun keçirib. O, həmçinin 114 dəfə Argentina millisinin formasını geyinib.

Mənbə: report.az