Türkiyə Superliqasında 6-cı tura start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.
“Fatih Karagümrük” doğma meydanda “Antalyaspor”u qəbul edib və qolsuz bərabərə qalıb. “Altay” “Rizespor”ya 2:1, "Sivasspor" "Yeni Malatyaspor"a 1:0 hesabı ilə qalib gəlib.
“Beşiktaş” isə “Adana Demirspor”u qəbul edib və heç-heçə edib - 3:3.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 14 xalla "Beşiktaş" başçılıq edir. "Trabzonspor" 13 xalla (5 oyun) 2-ci, "Altay" 12 xalla 3-cüdür.
21 sentyabr
"Beşiktaş" – "Adana Dəmirspor" - 3:3
Qollar: Montero, 20, Jozef, 43, Yılmaz, 52 – Varqas, 60, Balotelli, 79, Assombalonqa, 90+7
"Yeni Malatyaspor" – "Sivasspor" - 0:1
Qol: Qoutas, 70
"Fatih Karagümrük" – "Antalyaspor" - 0:0
"Rizespor" – "Altay" - 1:2
Qollar: Bolazi, 90+1 – Byorkander, 44, Bamba, 73
Mənbə: qol.az