“Dəmir yumruq” komandası siyəzənli yeniyetmələr arasında intellektual yarışın qalibi olub

“Dəmir yumruq” komandası siyəzənli yeniyetmələr arasında intellektual yarışın qalibi olub

Siyəzən, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzəndə “Nizami Gəncəvi ili”nə həsr olunan yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon çempionatının qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səkkiz komandanın mübarizə apardığı çempionatın qrup və final oyunlarının nəticəsinə əsasən “Dəmir yumruq” komandası birinci, “Tesla Mask” ikinci, “Zirvə” komandası isə üçüncü olub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi intellektual yarışın keçirilməsində əsas məqsəd Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrasının təmin olunması, yeniyetmələrin dünyagörüşünün və intellektual potensialının artırılması, intellektual oyunların məktəblilər arasında təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

Yarışda yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.

 

Mənbə: azertag.az