Zabit Səmədov növbəti döyüşünü Qroznıda keçirəcək

Səmədovun rəqibi peşəkar rinqdə 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın ən məhşur kikboksçularından biri olan Zabit Səmədov növbəti döyüşünü Qroznıda peşəkər rinqdə keçirəcək. Bu barədə Çeçenistan Kikboksinq Federasiyasının rəsmi İnstagramı xəbər verib.

Səmədovun iştirakı ilə döyüş oktyabrın 4-də Qoznıda baş tutacaq və onun rəqibi "Bıçaq" ləqəbli fransız kikboksçu Didye Kilola olacaq. Peşəkar rinqdə fransız idmançı 12 döyüşdə iştirak edib ki, onlardan 6-da qalib gəlib və eyni sayda da məğlub olub.

Səmədov indiyədək peşəkar rinqdə 112 döyüş keçirib, 102-də qələbə qazanıb və 37 dəfə isə rəqiblərini nokauta göndərib. Sonuncu döyüşünü o, bu ilin iyun ayında Minskin beynəlxalq turnirində keçirib və burada "Quduz it" ləqəbli nigeriyalı döyüşçü Deje Kelejayeni məğlub edib. Bu döyüşü 37 yaşlı Səmədov iki illik fasilədən sonra keçirib.

Maraqlıdır ki, azərbaycanlı kikboksçu ardıcıl 19 döyüşdə məğlub olmayıb. Məğlubiyyət acısını sonuncu dəfə 2013-cü ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən beynəlxalq turnirdə məşhur hollandiyalı döyüşçü Badr Hariyə məğlub olanda hiss edib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Ötən gün baş verən yol qəzalarında 3 nəfər ölüb

SONRAKI XƏBƏR

ABŞ və Avropa İttifaqı vaksinlərin yoxsul ölkələrə verilməsində əməkdaşlıq edəcək