Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Klublararası Avropa Kubokunda üz-üzə gəlib.

"Report"un məlumatına görə, Məmmədyarov yerli "Alkaloid", Karlsen "Offerspill" komandasının heyətində yer alıb. Birinci lövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Azərbaycanlı qrossmeyster ağ fiqurlarla çıxış edib.

Bununla belə, "Alkaloid" 5,5:0,5 hesabı ilə qalib gəlib.

Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası da Fransa "Asnieres"ini eyni hesabla yenib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Peyvənd varsa, PCR testi niyə aktuallığını itirmir?

SONRAKI XƏBƏR

Hamilə arvadını öldürdü - Qətli intihara bənzətmək istədi - Dəhşətli qətlin təfərrüatı - VİDEO