"Ronaldonun vücuduna baxanda insan heyran olur"

"Mançester Yunayted"in qapıçısı David De Xea komanda yoldaşı Kriştiano Ronalda haqda danışıb.

Qol.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı qolkiper 36 yaşlı hücumçunun özünə qulluq etməsinə heyran olduğunu bildirib:

"Ronaldunun hər gün idman zalında necə çalışdığını, özünə qarşı necə davrandığını, vücuduna və sağlamlığına necə diqqətlə yanaşdığını görəndə insan ona heyran olur. O, möhtəşəmdir".

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"ə qayıdışından sonra 3 oyuna 4 qol vurub.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan şərablarının maya dəyəri niyə baha başa gəlir - AÇIQLAMA

SONRAKI XƏBƏR

"Rus dilinin tədrisinə etiraz edənlərin bəziləri sovet təhsili hesabına özlərinə karyera quranlardır" - Ekspert