"Formula 1": Rusiya Qran-prisində qəza baş verib

"Formula 1": Rusiya Qran-prisində qəza baş verib

"Formula-1" üzrə Rusiya Qran-prisinin ikinci test yürüşündə qəza baş verib.

"Report" xəbər verir ki, hadisəyə "Alfa Romeo" komandasının pilotu Antonio Covinattsinin idarəetməni itirməsi səbəb olub.

Nəticədə bolidin arxası çarpaz dayanacağa çırpılıb. İtaliyalı sürücü yarışı davam etdirmək və boksa daxil olmaq istəsə də, mühəndislər radio vasitəsilə ondan dayanmasını xahiş ediblər.

Qəza səbəbindən sərbəst yürüş dayandırılıb. Daha sonra yenidən bərpa olunan yürüşün qalibi "Mercedes" pilotu Valtteri Bottas olub.

Qeyd edək ki, bu gün start götürən və Soçidə keçirilən Rusiya Qran-prisi sentyabrın 26-da başa çatacaq.

BREAKING : Alfa Romeo have been disqualified from the 2021 F1 world championship for adding a fan to the rear of their car. They stated they did this because “the ferrari engine is so shit allow it” pic.twitter.com/jV6IpM5I1h

— kd (@RicciardoGeorge) September 24, 2021

Mənbə: report.az