"Messinin davranışına heyran qaldım"

PSJ-nin müdafiəçisi Aşraf Hakimi Paris klubuna keçidi və hücumçu Lionel Messi ilə münasibətlərindən danışıb .

Qol.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, o, yay transfer pəncərəsində PSJ ilə yanaşı, Çelsi"dən də təkliflər aldığını bildirib: "İntuitiv olaraq Parisə getməli olduğumu, burada xoşbəxt olacağımı hiss etdim. Bir neçə il əvvəl Poçettino məni "Tottenhem"də görmək istəyirdi.

Hər kəs kimi Messinin "Barselona"dan ayrılacağını gözləmirdim. Çox gözəl oyunçularla oynadım, amma Messi ilə komanda yoldaşı olmaq şansım olmamışdı. Bu, mənim üçün bir xəyaldır. Onun davranışına heyran qaldım. Messi sadə fikirli və səssizdir".

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

SONRAKI XƏBƏR

İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı