Nəbiyevin komandasından heç-heçə

Nəbiyevin komandasından heç-heçə

Çexiyada 2-ci divizionunda 9-cu tura start verilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya" (Jijkov) “Dukla”nı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Nəbiyev matçın 90+3-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, hazırda "Viktoriya" 8 xalla 12 -ci pillədə qərarlaşıb.

Mənbə: qol.az