Azərbaycanlı idman gimnastı Rusiyada altı medal qazandı - VİDEO

Azərbaycanlı idman gimnastı Rusiyada altı medal qazandı - VİDEO

Rusiyanın Çelyabinsk şəhərində idman gimnastikası üzrə ümumrusiya turniri keçirilib.

Oxu.Az-a verilən məlumata görə, medal qazananlar arasında azərbaycanlı gimnast da olub.

Belə ki, Hüseyn Əliyev öz yaşıdları arasında 6 medal qazanıb. O, 5 dəfə qızıl medala, daha 1 dəfə isə bürünc medala layiq görülüb.

Səbuhi Musayev

Mənbə: www.oxu.az