"Barselona" 17 yaşlı futbolçunu istəyir

"Barselona" 17 yaşlı futbolçunu istəyir

"Barselona" heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

Qol.az Sportes.es-ə istinadən xəbər verir ki, "Las Palmas"dan Alberto Moleyronu almaq niyyətindədir. Klubun skautları artıq ardıcıl olaraq 17 yaşlı hücumçunun çıxış etdiyi matçları izləyir.

Qeyd edək ki, Moleyro bu mövsüm 6 matçda 1 qol vurub.

Mənbə: qol.az