Gimnastımız Macarıstanda keçirilən Qran Pridə qızıl medal qazanıb

Gimnastımız Macarıstanda keçirilən Qran Pridə qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın idman gimnastikası üzrə milli komandasının üzvü Nikita Simonov beynəlxalq yarışda - Macarıstan Qran Prisində birinci yer tutub.

Trend-in məlumatına görə, idman gimnastikası üzrə yarışı 24-26 sentyabr tarixlərində Sombatxey şəhərində keçirilir. Azərbaycan gimnastı halqa ilə hərəkətlərində qızıl medal qazanıb (14.500 xal).

İkinci yeri Avstriya gimnastı, üçüncü yeri isə İsraili təmsil edən idmançı tutub.

Mənbə: az.trend.az