Renat Portuqaliyada ən yaxşı seçildi

Renat Portuqaliyada ən yaxşı seçildi

Azərbaycanlı futbolçu Renat Dadaşov Portuqaliya 2-ci liqasının 7-ci turunda “Tondela” – “Famalikan” matçının ən yaxşısı seçilib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Millimizin hücumçusu doğma meydanda 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra xüsusi mükafata layiq görülüb. Renat bununla bağlı klubun mətbuat xidmətinə açıqlama da verib:

“Mənim üçün hər şeydən vacib olan komandamın uğurudur. Komanda yoldaşlarım olmasaydı, mən bu mükafatı qazana bilməzdim. Biz bu oyunda uğur qazanacağımıza sonadək inandıq. Əla kollektivimiz var. Biz bu oyunu birlikdə qazandıq. Bu mükafat da tək mənim yox, bütün komandanındır. Belə çətin bir həftədən sonra bu mükafatı qazanmaq bizim üçün çox vacibdir”.

Mənbə: qol.az