Zelenski boks yarışına görə Ukrayna kanallarını yıxıb-sürüdü - SƏBƏB

Zelenski boks yarışına görə Ukrayna kanallarını yıxıb-sürüdü - SƏBƏB

Xəbər verdiyimiz kimi, ukraynalı peşəkar boksçu Aleksandr Usık ağır çəkidə IBF, WBA, WBO, IBO versiyalarında çempionu titulu uğrunda mübarizədə britaniyalı Entoni Coşuanı məğlub edib. Görüş Londonda "Tottenhem" futbol klubunun stadionunda baş tutub.

Qalibiyyət 12 turun nəticələrinə əsasən hakimlərin yekdil qərarı ilə ukraynalıya verilib.


Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Usiki qələbə münasibətilə təbrik edib və döyüş zamanı duyğularını saxlamadığını yazıb.

Onun sözlərinə görə, döyüşü heç bir Ukrayna kanalı yayımlamayıb:

“Məlum olub ki, Ukrayna boksa Rusiyanın RenTV kanalı vasitəsi ilə baxıb”.
 

Mənbə: bizim.media