Azərbaycan şahmatçıları komanda dünya çempionatında mübarizə aparacaqlar

Sentyabrın 27-də İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edəcək Azərbaycan komandasının heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva yer alıblar.

Dünya çempionatında komandamızdan başqa Fransa, Hindistan, Rusiya, Gürcüstan, Qazaxıstan, İspaniya, ABŞ, Almaniya, Polşa, Ukrayna və Ermənistan komandaları da iştirak edəcəklər.

Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan ordusunun gücü və Prezident İlham Əliyevin iradəsi nəticəsində torpaqlar işğaldan azad edildi - Cahit Bağcı - VİDEO

SONRAKI XƏBƏR

"Qarabağ"ın zədəliləri geri qayıdır