"Real" Pelleqrini üçün israrlıdır

"Real" Pelleqrini üçün israrlıdır

"Real" "Roma"nın futbolçusu Lorenso Pelleqrinini transfer etməkdə israrlıdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Roma" 25 yaşlı yarımmüdafiəçisi ilə sözləşməni yeniləmək istəyir. Lakin oyunçu klubunu dəyişmək niyyətindədir. Onun qış transfer pəncərəsində Madrid təmsilçisinə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Pelleqrini bu mövsümün 8 oyununda 6 qol vurub.

Milli.Az

Mənbə: news.milli.az