"Qarabağ"ın qənimi ən yaxşı seçildi

"Qarabağ"ın qənimi ən yaxşı seçildi

Bundesliqa rəsmi saytında oktyabr ayının ən yaxşı oyunçusunun adını açıqlayıb.

Publika.az xəbər verir ki, bu nominasiyada üç oyunda bir qol vuran və iki məhsuldar ötürmə edən "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virts qalib olub. 20 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında aparılan səsvermədə Harri Keyn, Leroy Sane, Kinqsli Koman (hamısı "Bayern"), Ceremi Frimponq (Bayer) və Lua Opendanı (Leypsiq) qabaqlayıb.

Keyn oktyabrda üç oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bu mövsüm Virts "Bayer"in heyətində bütün yarışlarda 17 oyun keçirib, 6 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 85 milyon avrodur.

Qeyd edək ki, Florian oktyabrın 26-da baş tutan "Qarabağ"la Avropa Liqasının qrup oyununda 1 qol vurub və 3 asist edib.

Mənbə: publika.az