"Bavariya"nın futbolçusu həbs oluna bilər

"Bavariya"nın futbolçusu həbs oluna bilər

Almaniya "Bavariya"sının futbolçusu Lukas Ernandesi 1 ilədək həbs cəzası gözləyir.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, fransalı müdafiəçi məhkəmənın çıxardığı qərarı icra etməməkdə günahlandırılır.

Bu səbəbdən 25 yaşlı oyunçu oktyabrın 19-da yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Lukas Ernandes 2017-ci ildə İspaniya "Atletiko"sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.

Mənbə: report.az