Uels millisinin futbolçusunda onkoloji xəstəlik aşkarlanıb

Uels millisinin futbolçusunda onkoloji xəstəlik aşkarlanıb

Uels millisinin və İngiltərənin "Bornmut" klubunun futbolçusu Devid Bruksda onkoloji xəstəlik aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə 24 yaşlı yarımmüdafiəçi özünün tviter səhifəsində yazıb.

Oyunçunun sözlərinə görə, ona xərçəng diaqnozu qoyulub: "Xəstəlik ikinci mərhələdədir və gələn həftdən müalicəyə başlayacağam. Diaqnoz mən və ailəm üçün şok effekti yaratsa da, analiz nəticələri ümidvericidir. Əminəm ki, tam sağalıb yaşıl meydanlara qayıdacağam".

Qeyd edək ki, Devid Bruks 2018-ci ildən "Bornmut"da çıxış edir. O, yığmada 21 oyun keçirib.

Mənbə: report.az