“Gəncə” amerikalı basketbolçu transfer etdi

“Gəncə” amerikalı basketbolçu transfer etdi

“Gəncə” heyətini amerikalı basketbolçu ilə gücləndirib.  

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Donovan Fildsi rənglərinə bağlayıb.  

27 yaşlı basketbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Pleymeyker mövqeyində çıxış edən Donovanın son klubu İrlandiyanın “St. Vinsent” kollektivi olub.  
Qeyd edək ki, “Gəncə” Azərbaycan Basketbol Liqasında 4 turdan sonra 5 xalla 8-ci pillədədir. 

 

Mənbə: bizim.media