"Qarabağ"ın rəqibindən bəyanat

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Kayrat” Ağdam təmsilçisi ilə matç öncəsi bəyanat yayıb.

Press.az xəbər verir ki, klub bəyanatda baş məşqçi Kurban Berdiyevlə futbolçular arasında qalmaqal yaşanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bildirilir ki, mediada yazıldığı kimi, çalışdırıcının taktiki seçimləri ilə bağlı futbolçuların rəhbərliyə hər hansı bir müraciəti və ya şikayəti yoxdur: “Həm futbolçular, həm də rəhbərlik Kurban Berdiyevə dəstəyini davam etdirir. Komanda qarşıdakı vacib oyunlara hazırlaşır. Kollektiv ilk olaraq sabah “Aktobe” ilə də keçiriləcək matça köklənib”.

Qeyd edək ki, oktyabrın 21-i keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlayacaq.

Press.az

ƏVVƏLKİ XƏBƏR

İngiltərədə hücuma məruz qalan deputat öldü

SONRAKI XƏBƏR

Pandemiyadan sonra turistlər ən çox nəyə diqqət yetirirlər?