Poqba "Barselona"ya keçə bilər

"Barselona" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qata bilər.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Xəbərə görə, 28 yaşlı fransız futbolçunun meneceri Mino Rayol "Barselona"ya müqaviləni gələn yay Poqba azad agent statusu aldıqdan sonra bağlamağı təklif edib.

Lakin yarımmüdafiəçi üçün tələb olunan məbləğin çox olması "Barselona"nı razı salmır.

Qeyd edək ki, Poqba "Yuventus", PSJ, "Real Madrid" və İngiltərə Premyer Liqasının bir neçə klubunun da maraq dairəsindədir.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Qol güləşi üzrə Xocavənd rayon birinciliyinin qalibləri məlum olub

SONRAKI XƏBƏR

Rusiya ilə müharibə davam edir: 9 ssenari hazırlandı