"Tottenhem"in iki futbolçusu koronavirusa yoluxub

"Tottenhem"in iki futbolçusu koronavirusa yoluxub

İngiltərənin "Tottenhem" klubunun iki futbolçusu koronavirusa yoluxub.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, hər iki oyunçu oktyabrın 14-də komanda ilə məşq edib.

Adları açıqlanmayan şəxslər 10 gün karantində qalacaq.

Qeyd edək ki, "Tottenhem" oktyabrın 17-də İngiltərə Premyer Liqasının VIII turunda "Nyukasl"ın qonağı olacaq. London təmsilçisi oktyabrın 21-də UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Niderlandda "Vitess"lə üz-üzə gələcək.

Mənbə: report.az