Rusiyada xokkey matçı kütləvi dava ilə başlayıb

Rusiyada xokkey matçı kütləvi dava ilə başlayıb

Rusiyanın Kontinental Xokkey Liqasında (KXL) keçirilən "Vityaz" - "Avanqard" matçı kütləvi dava ilə başlayıb.

"Report"un məlumatına görə, start fitindən dərhal sonra xokkeyçilər bir-birinə yumruq zərbələri endiriblər. Hakimlər oyunçuları çətinliklə sakitləşdiriblər.

Nəticədə meydan sahiblərindən Boqdan Yakimov, Viktor Baldayev 5, Cey Si Lipon 5+2 dəqiqəlik meydandan kənarlaşdırılıb. Qonaqların heyətində isə Vladimir Bryukvin, Kirill Qotovets və Nikita Komarov cəzalandırılıblar.

Это не флэшбэки "Витязь" – "Авангард". Это Сочи – Омск. pic.twitter.com/WFy1pD5kQv

— КХЛ (@khl) October 18, 2021

Mənbə: report.az