Pekin Qış Oyunlarının Olimpiya məşəli Qədim Olimpiyada yandırıldı - VİDEO

Qədim Olimpiyada 2022-ci il Qış Oyunlarının Olimpiya məşəli yandırılıb. Müsabiqə 4-20 fevral tarixlərində Pekində keçiriləcək.

Koronavirusla əlaqədar vəziyyət səbəbiylə, məhdud sayda məmur siyahısı istisna olmaqla, tamaşaçıları stadiona buraxılmayıb. Əvvəllər belə mərasimlərə minlərlə tamaşaçı qatılırdı.

Məşəl qədim Yunan Hera məbədinin qurbangahında yandırılıb.

 

Yandırıldıqdan sonra məşəl Yunan xizəkçisi İoannis Antoniouya təhvil veriləcək. Bununla belə, koronavirus səbəbiylə ənənəvi estafet də olmayacaq - məşəl yalnız qədim stadiondan müasir Olimpiya Oyunlarının banisi fransız Baron Pyer de Kubertenin abidəsinə, oaradan isə Afina Akropoluna aparılacaq.

Məşəl oktyabrın 19-da tarixi Panatinaikos Stadionunda rəsmi mərasimlə Çin nümayəndə heyətinə təhvil veriləcək. Bundan sonra o, xüsusi çarter reysi ilə Pekinə aparılacaq.

Mənbə: TASS

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Yəməndə husilərin yüksək rütbəli zabitləri zərərsizləşdirilib

SONRAKI XƏBƏR

UEFA Gənclər Liqası: Azərbaycan təmsilçisi cavab oyununa çıxır