Avropa Liqası: Qrup mərhələsində III tur bir oyunla start götürəcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

Günün yeganə görüşü G qrupunda oynanılacaq. Şotlandiya "Seltik"i evdə Macarıstanın "Ferentsvaroş" klubunu sınağa çəkəcək.

Qlazqo şəhərindəki "Seltik Park" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Oyunu danimarkalı FIFA referisi Yakob Kehlet idarə edəcək.

İlk 2 turdan sonra xalı olmayan komandalar 3 - 4-cü yerləri bölüşdürür.

UEFA Avropa Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

18:30. "Seltik" (Şotlandiya) - "Ferentsvaroş" (Macarıstan)

Xal durumu: "Bayer" - 6, "Betis" - 6, "Ferentsvaroş" - 0, "Seltik" - 0

Qeyd edək ki, bu qrupun digər matçında Almaniya "Bayer"i İspaniyada "Betis"in qonağı olacaq. Görüş oktyabrın 21-də gerçəkləşəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“44” hər yerdən görünəcək

SONRAKI XƏBƏR

Bu sahədə dünya birincisi olacağıq - Ərdoğan